Finlandiya Rusiya ilə sərhəddəki 4 keçid məntəqəsini bağlayacaq
Finlandiya hökuməti şənbə günü gecə şərq sərhədindəki dörd sərhəd keçid məntəqəsini bağlayacaq.
Polise.az xəbər verir ki, bu barədə ölkənin Baş nazir Petteri Orpo mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, son günlər şərq sərhədinə daha çox üçüncü ölkə vətəndaşlarının gəlməsinə “qətiyyətli reaksiya” vermək lazımdır, çünki bu, ictimai asayiş üçün ciddi təhlükə yaradan mütəşəkkil bir hadisədir.
Mətbuat konfransında bildiriblər ki, payızda 280 miqrant sərhəddə sığınacaq istəyib.
Finlandiyanın daxili işlər naziri Mari Rantanenin izah etdiyi kimi, Vaalimaa, Nuijamaa, İmatra və Niiraladakı keçid məntəqələri bağlanacaq, qərar 2024-cü il fevralın 18-dək qüvvədə olacaq.
Polise.az