Azərbaycan səfiri Pakistanın müdafiə naziri ilə hərbi əməkdaşlığı müzakirə edib

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin müdafiə və müdafiə sənayəsi üzrə federal naziri Ənvər Əli Hayderlə görüşüb və hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib.

Polise.az  xəbər verir ki, bunu diplomat “X” hesabında yazıb.

O bildirib ki, tərəflər Azərbaycan və Pakistan əlaqələrini, xüsusilə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi yollarını müzakirə ediblər.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button