Rusiya və İran XİN rəhbərləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər

Rusiya və İranın xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər.

Polise.az  xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub. Tərəflər ikitərəfli münasibətlərə dair aktual məsələləri, eləcə də Fələstin-İsrail münaqişəsini müzakirə ediblər. Xarici siyasət idarələrinin başçıları münaqişə zonasında dərhal atəşkəs elan edilməsi, mülki əhaliyə yardım göstərilməsi, bu məqsədlə BMT-nin nüfuzundan istifadə olunmasına çağırıblar.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button