Gəncədə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Bu gün müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il keçir.

Polise.az  xəbər verir ki, bununla əlaqədar, ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də Ulu Öndərin xatirəsi anılıb.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin Gəncədəki baş konsulu, deputatlar, YAP Gəncə şəhər təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, bələdiyyə sədrləri Ümummilli Liderin Heydər Əliyev Meydanında ucaldılan abidəsini ziyarət edib, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Ulu Öndərin Heydər Əliyev adına Meydanda və Heydər Əliyev Mərkəzinin önündə ucaldılan abidələrinin şəhər sakinləri tərəfindən ziyarəti davam edir. Eyni zamanda, Heydər Əliyev Meydanında quraşdırılan böyük monitorda Ulu Öndərin həyatından bəhs edən videoçarx nümayiş olunur.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button