Baş Prokurorluq erməni təxribatlarının nəticələri barədə məlumat yaydı
Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər yaralanıb.
Bundan başqa, 63 mülki obyekt və 376 yaşayış evi yarasız vəziyyətə düşüb.