Gürcüstanın Baş naziri Aİ liderlərinə məktub ünvanlayıb

Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd ölkə statusunun verilməsi qərarı təkcə ölkənin gələcəyi üçün deyil, həm də Aİ-nin genişlənmə siyasəti üçün dönüş nöqtəsi olacaq.

Polise.az  xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Aİ rəhbərliyinə ünvanladığı məktubda bildirilib.

“Bu, Gürcüstanın Avropa gələcəyi üçün, eləcə də Aİ-nin genişlənmə siyasətinin etibarlılığı üçün dönüş nöqtəsidir. Avropanın sülh, sabitlik və rifahına geostrateji sərmayədir”, – məktubda qeyd edilib.

O, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə, eləcə də Aİ Şurasına sədrlik edən İspaniyanın Baş naziri Perdo Sançesə məktub göndərib.

Qeyd edək ki, dekabrın 14-15-i tarixlərində Aİ-yə daxil olan ölkələrin liderlərinin sammitində Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı yekun qərar veriləcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button