ABŞ və Britaniya HƏMAS-la əlaqəli şəxslərə qarşı sanksiya tətbiq edib

Böyük Britaniya və ABŞ HƏMAS-la əlaqəsi olan 7 şəxsə qarşı sanksiya tətbiq edib.

Polise.az  xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Britaniya yaranan təhlükəni aradan qaldırmaq, onun maliyyə kanallarının qarışısını almaq məqsədi ilə HƏMAS-la əlaqəsi olan 7 şəxsə qarşı sanksiya tətbiq edib”, – məlumatda bildirilib.

Qeyd edilib ki, yeni sanksiyalar ABŞ-la razılaşdırılaraq tətbiq edilib və Britaniyanın oktyabrın 7-dən bəri qəbul etdiyi ikinci məhdudlaşdırıcı tədbirlər paketi olub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button