Şarl Mişel: Aİ Qərbi Balkan ölkələri ilə əməkdaşlığı gücləndirməyi hədəfləyir

Avropa İttifaqı Qərbi Balkan regionu ölkələri ilə daha geniş əməkdaşlıq etməyi hədəfləyir.

Polise.az  xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə keçirilən Aİ-Qərbi Balkan ölkələri sammitində deyib.

“Qərbi Balkan regionu Avropanın bir hissəsidir. Biz bu regiondakı altı ölkənin Aİ-yə üzvlük perspektivlərini bir daha təsdiqləyir və bütün sahələrdə əməkdaşlığı gücləndirmək istəyirik. Aİ-nin genişlənmə ilə bağlı yekun qərarını gözləmədən Qərbi Balkan ölkələrinin ittifaqa qoşulmasını hədəfləyirik. Avropa İttifaqı bu çərçivədə ölkələr arasında əməkdaşlığı artıracaq və regionu Aİ-yə yaxınlaşdıracaq strategiya qəbul edib”, – deyə Şarl Mişel vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button