Abbas Əraqçi: Rusiya İsraillə müharibədə bizə böyük dəstək verib

Rusiya iyun ayında İsraillə baş vermiş 12 günlük müharibə zamanı İrana əhəmiyyətli dəstək göstərib və bundan sonra iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq daha da dərinləşib.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “The Economist” jurnalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Moskvanın yardımından sonra tərəflər müdafiə istiqamətində əvvəlkindən daha aktiv əməkdaşlığa başlayıb.

“Ruslar bizə 12 günlük müharibə zamanı çox böyük yardım göstərdilər və bundan sonra əməkdaşlıq əvvəlkindən də gücləndi. Məhz buna görə deyirəm ki, biz əvvəlki müharibə ilə müqayisədə mümkün qarşıdurmaya daha yaxşı hazırıq”, – Araqçi vurğulayıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button