“Abel Məhərrəmovun milyardları əlindən alınmalıdır”
“Abel Məhərrəmovun milyardları əlindən alınmalıdır.”
Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
Hafiz Hacıyev qeyd edib ki, onların hamısı eyni səviyyədə olan insanlardır: “Ramiz Mehdiyevin komandası imkan vermir ki, ölkəmiz inkişaf etsin. Onların hər biri Azərbaycan dövlətinə qarşı xəyanət yolunu tutublar. Bunun da başında Ramiz Mehdiyev durur. Ramiz Mehdiyevin övladları və qohumları ölkədə at oynadır. Kürəkəni həbsdən çıxanda onları tənqid edən jurnalistləri, deputatları və digər şəxsləri hədələdi. O cümlədən Əli Həsənov. Onların hər biri birləşib, Azərbaycan dövlətinə xəyanət ediblər. Hesab edirəm ki, onlar dövlət içində dövlət yaradıb, çevriliş etmək istəyirlər. Mən bu sözləri 2010-cu ildə deyəndə bir nəfər də məni müdafiəyə qalxmadı. Ramiz Mehdiyevin sərvətləri niyə əlindən alınmır. Bunların hər biri düşünülməlidir. Millətə olan xəyanətin hər birinin qarşısı alınmalıdır. Media və biz siyasətçilər bu sahədə cənab Prezidentə dəstək olmalıyıq.
Türkiyədə Əli Həsənovla Abbas Abbasov arasındakı görüş araşdırmalıdır. Bütün bunların hər biri ortaya çıxmalıdır. Dövlət bizimdir. Hər birimiz dövlətimizi müdafiə etməliyik. Ziya Məmmədov və onun qardaşı Elton Məmmədovun nə qədər çox cinayətləri var. Onlar niyə çöldə qalmalıdır. Xəyanətlərinin üstü açıldığına görə dövlət çevrilişinə cəhd edirlər. Nə qədər ki, bizlər varıq, buna imkan verməyəcəyik. Biz hər zaman cənab Prezidentə dəstək olacağıq. Onların pulları əlindən alınıb, dərhal həbs edilməlidir”.
Hafiz Hacıyev vurğulayıb ki, xaricdəki erməni mənşəli səfirlər və konsulluqlar təmizlənməyib, bu belə də olacaq: “Abel Məhərrəmov idea daşıyıcısıdır. Qərbi azərbaycanlılara məsaj göndərir ki, Ramiz Mehdiyevi müdafiə edin o, gələcək. Abel Məhərrəmovun əlindəki milyardlar əlindən alınmalıdır. Niyə onun oğlu bu gün səfir kimi Əli Həsənova, Ramiz Mehdiyevə işləməlidir. Onların var-dövləti alınıb dövlətə və xalqa qaytarılmalıdır. Bu gün Abel Məhərrəmov Ramiz Mehdiyevin yanındadır. Əli İnsanov dünən “Amerikanın səsi”-nə müsahibəsində Ramiz Mehdiyevi müdafiə etdi. Kərimov Əli onun müxalifətidir. Onlar bir yerdə şəbəkə yaradıblar. Nə qədər ki, Abel Məhərrəmov, Ramiz Mehdiyev və kürəkəni çöldədir, onlar dayanmayacaq. Onların hər biri içəri dolmalıdır. Onlar sahib olduqları milyardlar hesabına Azərbaycanda sabitliyi pozmağa çalışırlar”.