ABŞ əl-Colaninin başına qoyulan 10 milyon dollar mükafatı ləğv edib

HTŞ lideri Əbu Məhəmməd əl-Colani haqqında məlumat üçün təklif edilən 10 milyon dollar mükafat götürülüb.

APA xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentindən verilən açıqlamada bildirilir.

Suriyada keçid hökumətinin qurulmasından sonra ABŞ-ın ilk dəfə yüksək səviyyəli danışıqlar aparmaq üçün Dəməşqə göndərdiyi nümayəndə heyətinə başçılıq edən ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə müşaviri Barbara Lif əl-Colani ilə görüşün təfərrüatlarını açıqlayıb.

Lif, əl-Colani haqqında məlumat verəcək olan şəxs üçün 10 milyon dollar mükafatın silindiyini və bu yeni qərarın onun özünə çatdırıldığını bildirib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button