ABŞ-a məxsus F-16 təyyarəsi Sarı dəniz üzərində qəzaya uğrayıb

ABŞ hərbi hava qüvvələrinə məxsus F-16 döyüş təyyarəsi təlim uçuşu zamanı Sarı dəniz üzərində qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi ABŞ-nin Cənubi Koreyadakı qoşunlarının komandanlığına istinadla məlumat yayıb.

Təyyarənin Cənubi Koreyadakı Qunsan hərbi hava bazasından havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayaraq dənizə düşdüyü bildirilir. Pilot katapult edərək xilas olub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button