ABŞ Arktikada möhkəmlənmək istəyir: Strateji bombardmançılar ilk dəfə Norveçə göndərildi
ABŞ Hərbi Hava Qüvvələri ilk dəfə Norveçə B-1 bombardmançı təyyarələrini göndərib.
İddiaya görə, bu addım amerikalı hərbçilərin strateji əhəmiyyətli Arktika regionunda möhkəmlənmək istədiyini göstərir.
Bu barədə “CTV News” məlumat yayıb.
Qeyd olunur ki, ABŞ-ın dörd ədəd B-1 bombardmançı təyyarəsi və təxminən 200 hərbi qulluqçusu artıq Norveçdəki Orland aviabazasına göndərilib.
Yaxın üç həftə ərzində təyyarələr qütb dairəsi yaxınlığında uçuşlar keçirməyi planlaşdırır.