ABŞ Avropaya əlavə qüvvələr göndərir
ABŞ prezidenti Co Bayden NATO müttəfiqlərini dəstəkləmək üçün Avropada əlavə hərbi qüvvələrin yerləşdirilməsi barədə göstəriş verib.
Bu barədə dövlət başçısının yaydığı bəyanatda bildirilib.
“Dünən qeyd etdiyim kimi, Birləşmiş Ştatlar NATO ərazisinin hər qarışını müdafiə edəcək. Alyansın nizamnaməsinin 5-ci maddəsinə sadiqliyimiz sarsılmazdır. Mən NATO müttəfiqlərimizi dəstəkləmək üçün Avropada imkanlarımızı artırmaq məqsədilə əlavə qüvvələrin yerləşdirilməsinə göstəriş vermişəm”, – deyə Ağ Evin rəbəri açıqlamasında bildirib.
O, qeyd edib ki, NATO “azadlıq və demokratiyanın tərəfdarı olduğunu” bir daha nümayiş etdirir.



