ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq etdi

ABŞ dövlət katibi Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsinin iki hakimi – gürcü Qoça Lordkipanidze və monqolustanlı Erdenebalsuren Damdinə qarşı sanksiyalar elan edib.

Teleqraf xəbər verir ki, bununla bağlı rəsmi məlumatda qeyd olunur: “Bu şəxslər Təl-Əvivin razılığı olmadan Beynəlxalq Cinayət Məhkəməsinin İsrail vətəndaşlarını həbs etmək, saxlamaq və ya məhkəməyə vermək təşəbbüsünü dəstəkləyiblər”.

Rubio açıqlamasında bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailə qarşı hərəkətlərini siyasiləşdirməyə davam edərək bütün ölkələr üçün təhlükəli bir presedent yaradır: “Biz ABŞ və İsrailin suverenliyini pozan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına uyğun olmayan səlahiyyətlərindən sui-istifadə hallarına dözməyəcəyik”.

O qeyd edib ki, ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə mesajı aydındır: “ABŞ və İsrail Roma Statutunun tərəfləri deyillər və buna görə də Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını rədd edirlər. Biz Beynəlxalq Cinayət Məhkəməsinin qanunvericilik hərəkətlərinə və səlahiyyətlərindən sui-istifadəsinə qarşı əhəmiyyətli və real nəticələrlə cavab verməyə davam edəcəyik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button