ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinə veto qoyub

ABŞ son iki ildə altıncı dəfə Qəzza zolağı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyub.

Polise.az  xəbər verir ki, Vaşinqton növbəti dəfə Qəzza ilə bağlı qətnamənin əleyhinə səs verən yeganə üzv olub.

Təhlükəsizlik Şurasının bütün digər üzvləri, o cümlədən Rusiya, Çin, Böyük Britaniya və Fransa qətnamənin lehinə səs verib.

Qətnamə Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü tərəfindən dəstəklənib: Əlcəzair, Danimarka, Yunanıstan, Qayana, Pakistan, Panama, Koreya Respublikası, Syerra-Leone, Sloveniya və Somali.

Sənəd bütün girovların dərhal, ləyaqətli və qeyd-şərtsiz azad edilməsini tələb edir və İsrail hökumətini Qəzzaya humanitar yardımın daxil olmasına dərhal və qeyd-şərtsiz bütün məhdudiyyətləri qaldırmağa çağırır. Sənəd Zolaqda yardımın təhlükəsiz və maneəsiz paylanmasını və bütün əsas xidmətlərin tam bərpasını təmin etməkdə təkid edir.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button