ABŞ-də təyyarə havada alışdı – Hava limanı boşaldıldı

ABŞ-nin Hyuston hava limanında təyyarədə olan sərnişinlər uçuş-enmə zolağında təxliyə edilib.

Polise.az xəbər verir ki, Hyustondan Nyu-Yorka uçmalı olan United Airlines təyyarəsi havaya qalxandan az sonra mühərrikində alışma qeydə alınıb. Təyyarə təcili eniş edib və sərnişinlər təxliyə olunub.

Qeyd edək ki, ABŞ-də son bir həftə ərzində iki təyyarə qəzası baş verib. Yanvarın 29-da Vaşinqton səmasında American Airlines sərnişin təyyarəsi və ABŞ ordusuna məxsus Black Hawk helikopteri toqquşub. Nəticədə 70-ə yaxın şəxs həlak olub.

Yanvarın 31-də Filadelfiya şəhərində təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 19 nəfər yaralanıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button