ABŞ-dən Zelenskiyə məsləhət: Putinin çağırdığı yerə getmə

“Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinlə görüşmək üçün Moskvaya getməməlidir”.
Polise.az xəbər verir ki, bunu amerikalı konqresmen Adam Smit deyib.
“Prezident Zelenskiyə pulsuz məsləhətlər verəcəm: Moskvaya getməyi ağlınıza belə gətirməyin”, – o vurğulayıb.
Smitin fikrincə, Zelenski Putinlə neytral ərazidə görüşməlidir.
Xatırladaq ki, Vladimir Putin bundan əvvəl ukraynalı həmkarı ilə görüşün üçün “ən yaxşı yer”in Moskva olduğunu açıqlamışdı.
Polise.az



