ABŞ-dakı təyyarə qəzasında ölənlərin arasında Rusiya idmançıları var: Adlar açıqlandı

ABŞ-da qəzaya uğrayan təyyarənin göyərtəsində fiqurlu konkisürmə üzrə cütlük yarışmasında keçmiş dünya çempionları, Rusiya milli komandasının üzvləri Yevgeniya Şişkova və Vadim Naumov olub.

Polise.az xəbər verir ki, bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb.

İdman agenti Ari Zakaryan bildirib ki, American Airlines-ın təyyarəsində Rusiya fiqurlu konkisürmə məktəbinin nümayəndələri olub. O, onların adlarını çəkməyib, sadəcə olaraq, “yaxşı tanışlar” olduqlarını qeyd edib.

Öz növbəsində amerikalı fiqurlu konkisürən Con Maravilla RİA Novosti-yə bildirib ki, qəzaya uğrayan təyyarənin göyərtəsində məşqçiləri nəzərə almasaq, azı 14 fiqurlu konkisürən olub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button