ABŞ-dan Çinə qarşı şok tələb: 72 saat verilmişdi

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) San Fransisko şəhərindəki Çin Baş Konsulluğunun qanunsuzluğa yol verdiyini iddia edib.

Konsulluq ABŞ vizası almaq üçün yalan məlumat verən bir Çin vətəndaşını gizlətməkdə ittiham olunur.

San Fransisko Bölgə Məhkəməsinin arxivindəki məlumata görə, FTB-nin 20 iyun tarixində apardığı araşdırmada Çin vətəndaşı Tan Xuanın ABŞ-da təhsil araşdırması aparmaq üçün yalan məlumat verdiyi üzə çıxıb. 26 iyunda əleyhinə məhkəmə iclası keçirilən həmin şəxs Baş Konsulluğun binasına sığınıb.

ABŞ hökuməti tərəfindən məhkəməyə təqdim olunan ittiham aktında Tan Xuanın konsulluğa müraciətdə daha əvvəl hərbi təlim keçmədiyini və Çin Kommunist Partiyasının üzvü olmadığını söylədiyi qeyd olunub. Lakin FTB onun sosial media hesabında hərbi forma ilə fotolarını aşkarlayıb.

Qeyd edək ki, Ağ Ev 29 may tarixində hərbi təlim ehtiva edən universitetlərdən məzun olan Çin vətəndaşlarının ABŞ-a girişini qadağan edən fərman qəbul etmişdi.

Xatırladaq ki, ABŞ hökuməti ötən gün Çinin Hyuston şəhərindəki konsulluğunun bağlanılmasını, diplomatik missiyanın 72 saat ərzində binanı tərk etməsini tələb etmişdi.

Mənbə
publika.az
Hamısını Göstər

Related Articles

Back to top button