ABŞ-dan Ukraynaya siqnal: “İcazəyə ehtiyac yoxdur, vurun”

Ukraynanın Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün ABŞ-ın icazəsinə ehtiyacı yoxdur və bunun üçün öz silahlarından uğurla istifadə edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Ukraynanın Rusiya hədəflərinə cavab vermək üçün bizim icazəmizə ehtiyacı yoxdur. Suveren ölkədirlər və özlərinin hazırladıqları silahlardan istifadə edə bilirlər, son bir ildə tətbiq etdikləri proqramlara nəzər salsanız, bunlardan çoxlu sayda var. Onlara verdiyimiz silahlara gəlincə, artıq açıq şəkildə bəyan etmişik ki, bu silahlardan sərhəddəki Rusiya hədəflərinə cavab zərbələri endirmək üçün istifadə edə bilərlər”, – amerikalı diplomat vurğulayıb.

Miller qeyd edib ki, Ukraynanın özünümüdafiə üçün çoxsaylı avadanlıqları var.

Ukraynaya niyə ABŞ silahları ilə zərbələrə icazə verilməməsi ilə bağlı sualı cavablandıran sözçü söyləyib ki, Vaşinqton bütün variant, taktika və Kiyevə göstərilən dəstəyi nəzərdən keçirir.

“Hər hansı yeni silah sistemi və ya taktikanı təsdiqləyəndə bunun bütün döyüş meydanı və Ukraynanın bütün strategiyasına necə təsir edəcəyini nəzərdən keçiririk”, – Miller əlavə edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button