ABŞ diqqətini Qrenlandiyaya yox, Ukraynaya yönəltməlidir:Kallas

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-ni Qrenlandiya ilə bağlı mübahisəli məsələləri NATO daxilində müzakirə etməyə və diqqəti Ukrayna böhranından yayındırmamağa çağırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Kallas bildirib ki, əsas prioritet Ukraynada müharibənin başa çatdırılmasına kömək etməkdir.
“Biz mübahisələrimizin əsas vəzifəmizdən, Ukraynadakı müharibəni bitirməyə köməkdən yayındırmasına imkan verə bilmərik”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, əgər Qrenlandiyanın təhlükəsizliyi təhdid altındadırsa, bu məsələ NATO çərçivəsində həll olunmalıdır. Aİ-nin baş diplomatı hesab edir ki, ABŞ prezidenti Donald Trampın səkkiz Avropa ölkəsindən idxala gömrük rüsumları tətbiq edilməsi ilə bağlı bəyanatı Rusiya və Çinin maraqlarına xidmət edir.
Polise.az



