ABŞ dövlət katibi: Biz COP29 ilə bağlı Azərbaycanla sıx əməkdaşlığa ümid edirik

ABŞ noyabrda Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsini alqışlayır.

Polise.az  xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş təbrikində deyilir.

“ABŞ Azərbaycanın COP29-a Bakıda ev sahibliyi etməsini alqışlayır. Biz COP-un uğurunu və uşaqlarımız, nəvələrimiz üçün daha dayanıqlı iqlim gələcəyini təmin etmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, – o bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button