ABŞ dövlət katibi İsrailin müdafiə naziri ilə Qəzzada əməliyyatı müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla yəhudi dövlətinin Qəzza zolağında apardığı hərbi əməliyyatın gedişatını müzakirə edib.

Polise.az-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Blinken “Qəzza zolağının mülki əhalisini qorumaq üçün bütün mümkün tədbirlərin görülməsinin” zəruriliyini qeyd edib. O, həmçinin Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi və anklava humanitar yardımın çatdırılması perspektivlərinə toxunub.

Bundan əlavə, Blinken tamhüquqlu Fələstin dövlətinin yaradılmasının və İsrailə təhlükəsizlik zəmanətinin verilməsinin tərəfdarı olduğunu bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button