ABŞ dövlət katibindən “erməni soyqırımı” ilə bağlı qalmaqallı açıqlama

ABŞ dövlət katibi Marko Rubio sosial media hesabında qondarma erməni soyqırımı ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, Amerikanın baş diplomatı paylaşımında 1915-ci il hadisələri barədə “soyqırımı” ifadəsinə yer verib.

“Bu gün böyük soyqırımı (qondarma – red.) təkcə matəmlə deyil, həm də qətiyyətlə xatırlayırıq. Biz keçmişə hörmət edirik və Ermənistan və region üçün davamlı sülh, firavanlıq və təhlükəsizlik istiqamətində işləməyi səbirsizliklə gözləyirik,”, – Rubio özünün X səhifəsində yazıb.

Marko Rubio konqresmen kimi fəaliyyət göstərdiyi dönəmdə ermənipərəst fəaliyyətləri ilə diqqət çəkmişdi.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 1915-ci il hadisələri ilə bağlı mesajında “soyqırımı” əvəzinə “böyük fəlakət” ifadəsinə yer vermişdi. Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar ABŞ-dən verilən bəyanatlara etiraz edib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button