ABŞ dövlət katibinin müavini Kiyevə səfər edib
ABŞ dövlət katibinin müavini və ABŞ-nin Ukraynanın iqtisadi bərpası üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Riçard Verma Kiyevə səfər edib.
Polise.az xəbər verir ki, bu barədə ABŞ-nin Ukraynadakı səfiri Bricit Brink “X” sosial şəbəkəsində hesabında paylaşım edib.
“Mən ABŞ dövlət katibinin müavini Riçard Vermanı yenidən Kiyevdə salamlamaqdan məmnunam”, – paylaşımda bidirilib.
Onun sözlərinə görə, dövlət katibinin müavini ABŞ-nin Ukraynanın iqtisadi bərpasına dəstəyini müzakirə etmək üçün gəlib.
Polise.az