ABŞ Ermənistandakı faydasız proqramı maliyyələşdirməkdən imtina etdi

ABŞ Ermənistanda “Demokratik Mədəniyyətin Təşviqi” proqramının maliyyələşdirilməsini ləğv edib.
Teleqraf xəbər verir ki, bu barədə İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) məlumat yayıb.
Məlumata görə, bu məqsədlər üçün Ermənistana 2 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulurdu.
Birləşmiş Ştatlar belə xərcləri faydasız adlandırıb.
Ümumilikdə ABŞ hökuməti Ermənistan da daxil olmaqla Böyük Britaniya, Moldova, Braziliya və digər ölkələrdə həyata keçirilməli olan 215 milyon dollarlıq qrantları ləğv edib.
Polise.az