ABŞ generalı İrana xəbərdarlıq etdi: Tramp bu məsələdə çox ciddidir

Təqaüddə olan ABŞ generalı Cek Kin İran hakimiyyətini Prezident Donald Trampın etirazçılar məhv ediləcəyi təqdirdə Vaşinqtonun çox sərt davranacağı ilə bağlı təhdidlərini ciddiyə almağa çağırıb.
Polise.az xəbər verir ki, Cek Kinin sözlərini “Fox News” yayımlayıb.
General bildirib ki, əgər İran hakimiyyətinin içində olsaydım, Donald Trampı çox ciddi qəbul edərdim.
“Tramp bu məsələdə çox ciddidir. İndiki mərhələdə Trampın son bir ildə verdiyi açıqlamaları ciddiyə almayan hər kəs, şübhəsiz ki, ehtiyatsız və məsuliyyətsiz hərəkət edir“.
Polise.az


