ABŞ hərbi əməliyyatların bərpası ilə bağlı İrana xəbərdarlıq etdi

“Vaşinqton Tehranın əldə olunmuş razılaşmalara əməl etmədiyinə inanarsa, ABŞ Ordusu İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır”.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.

“Biz orada olacağıq, heç yerə getməyəcəyik. İranın atəşkəsə hörmət etməsini və danışıqlar masasına oturub razılaşma əldə olunmasını təmin edəcəyik. Biz orada hazırlıqlı və ayıq-sayıq qalacağıq”, – nazir vurğulayıb.

Müharibə naziri bildirib ki, ABŞ qoşunları müdafiəyə və hücuma və İranın öz öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün istənilən tapşırığı yerinə yetirmək üçün dərhal hərəkətə keçməyə hazırdır.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button