ABŞ Hərbi-hava qüvvələri gələcək müharibənin baş verəcəyi yeri açıqlayıb

ABŞ Hərbi-hava qüvvələrinin qərargah rəisi general Çarlz Braun gələcəkdə baş verməsi ehtimal olunan və ölkəsinin də qarışacağı qlobal müharibənin yerini açıqlayıb.

Bu barədə “Defence News” saytı məlumat yayıb.

ABŞ-ın hərbi-hava qüvvələri tarixində ilk qaradərili general sayılan Çarlz Braunun fikrincə, gələcək savaş son iyirmi ildə baş verən qanlı münaqişələrdən çox fərqlənəcək. “Üstəlik bu müharibə bizim sahillərimizdən uzaq məsafədə olmayacaq”,-deyə o, qeyd edib.

Amerikalı hərbçi Birləşmiş Ştatların qoşulacağı bu savaşdakı döyük itkilərin və risklərin İkinci dünya müharibəsi ilə müqayisə oluna biləcəyini söyləyib.

“Defence News” portalı Hərbi-hava qüvvələrində Çarlz Braunun rəhbərliyi altında həyata keçirilən modernizasiya işləri ilə bağlı məsrəflərin, əsasən, “Northrop Grumman” şirkətinə ayrıldığına diqqət çəkir. Sözügedən firma ABŞ-da müasir tipli “B-21 Raider” strateji bombardmançıların, habelə, “Ground Based Strategic Deterrent” qitələrarası raketlərin hazırlanmasına cavabdehdir.

Onu da qeyd edək ki, bu ilin sentyabr ayında “Defence News” saytının əməkdaşı Valeri İnsinna ABŞ Hərbi aviasiyasının “Endryu” Birləşmiş bazasında yerləşən “Döyüş əməliyyatlarının idarə mərkəzi”ni ziyarət etmiş və burada inqilabi xarakterli sistemlərin sınaqdan keçirildiyini yazmışdı.

Mənbə
musavat.com/
Hamısını Göstər

Related Articles

Back to top button