ABŞ HƏMAS-a xəbərdarlıq etdi – Atəşkəs pozularsa, tədbir görüləcək

HƏMAS-ın atəşkəsi pozacağına dair etibarlı kəşfiyyat məlumatları mövcuddur.

Polise.az  xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Əgər HƏMAS planlaşdırılmış hücumu həyata keçirərsə, bu atəşkəsin birbaşa ciddi şəkildə pozulması olacaq. Eyni zamanda əldə olunmuş əhəmiyyətli irəliləyişə zərbə vuracaq. Qarant ölkələr HƏMAS-dan atəşkəslə bağlı öhdəliklərinə əməl etməyi tələb edirlər. HƏMAS bu hücumu həyata keçirərsə, Qəzzadakı insanların müdafiəsi və atəşkəsin bütövlüyünün qorunması üçün tədbirlər görüləcək”, – deyə bəyanatda qeyd olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button