ABŞ-ın açıqlamaları Ukraynanın ərazi bütövlüyünü şübhə altına alır

“ABŞ-la Rusiya arasında son bir neçə ayda davam edən dialoq və görüşmələr faktiki olaraq Rusiyanın mənafelərinə uyğun davam etməkdədir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, ABŞ tərəfindən verilən açıqlamalar Ukraynanın ərazi bütövlüyü ciddi şəkildə şübhə altına alır:

“Belə ki Krımdan imtina məsələsi və onun Rusiya ərazisi kimi tanınması ilə bağlı mövqeyi iştah qabardan əsas faktorlardan biridir. Məhz bu səbəbdən də Rusiya yalnızca Krımla kifayətlənmək niyyətində deyil, həm də 2022-ci ildə saxta referendumlarla öz ərazisinə qatdığını elan etdiyi Donesk, Luqansk, Zaparoje, Xerson vilayətlərinin tamamının ona birləşdirilməsinin və bunun hüquqi cəhətdən tanınmasını tələb edəcək. Əgər bu məsələlərdə də müəyyən geri çəkilmə olacaqsa, şübhəsiz ki, Rusiya daha da irəli gedərək artıq Odessanın da öz ərazisi olduğu ilə bağlı iddialarının ortaya çıxacağı gözlənilir”.

Politoloq bildirib ki, Krımın Rusiya ərazisi kimi tanınması ilə bağlı hal- hazırda ciddi şəkildə fikir ayrılıqları var:

“ABŞ-ın fikirləri Avropa ölkələri tərəfindən qəbul olunmasa da müəyyən qədər tərəddüdlərin olduğu da görünür. Krımın Rusiya ərazisi kimi tanınması əslində Avropa təhlükəsizliyi üçün ciddi təhdid yaradacaq. Belə ki, məhz Rusiya 18-ci əsrdə Krımı işğal etdikdən sonra Avropada jandarma rolunu üstlənmiş və artıq şərqi Avropa ölkələrinə təhdid yaratmağa başlamışdır. Yenidən Krımın Rusiya ərazisi kimi tanınması və qəbul olunması Qara Dənizdə Rusiyanın üstünlüyünü möhkəmləndirəcək. Bundan başqa NATO-nun nüfuz dairəsi daralacaq. Xüsusilə də Qara dəniz ölkələri olan Rumıniya və Bolqarıstan da təzyiq altında qalacaq. Krım Rusiya ərazisi kimi tanınarsa bu, beynəlxalq hüquqa ciddi presedent və ərazi bütövlüyü kimi fundamental dəyərlərin çeynənməsi kimi qəbul olunacaq. Bundan sonrakı dönəmdə artıq iri dövlətlər ətrafındakı kiçik və zəif dövlətlərdən torpaq parçası almaq üçün onları təzyiq altında saxlamaq və ya işğal etmək niyyətinə düşəcəklər. Əlbəttə ki bu, çox ciddi presedent olacaq və dünya nizamının geopolitik mənzərənin dəyişməsinə gətirib çıxaracaq. Bu, faktiki olaraq dünyada siyasi xəritələrin yenidən cızılması anlamına gəlir”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button