ABŞ-ın dövlət katibi yenidən İsrailə gəlib

ABŞ-ın dövlət katibi Entoni Blinken İsrail rəhbərliyi ilə görüşmək, həmçinin İordan çayının qərb sahilinə gedərək Fələstin hakimiyyətinin nümayəndələri ilə danışıq aparmaq üçün regiona yenidən səfər edib.

Polise.az  xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller bu barədə sosial media hesabında məlumat yayıb.

“Dövlət katibi Entoni Blinken bütün girovların azad edilməsi və Qəzza sektoruna humanitar yardımın çatdırılması məsələlərini müzakirə etmək üçün İsrail və Fələstin rəhbərliyi ilə görüşəcək”, – deyə məlumatda bildirilir.

ABŞ-ın dövlət katibinin İsrail rəhbərliyi ilə Qəzza sektorunun cənubunda aparılacaq hərbi əməliyyatları müzakirə edəcəyi gözlənilir. O, həmçinin İordan çayının qərb sahilində Fələstin Prezidenti Mahmud Abbasla da danışıqlar aparacaq.

Vaşinqton İsraildən döyüşlər zamanı mülki şəxslər arasında itkiləri azaltmaq və infrastruktura dəyəcək zərəri minimuma endirmək üçün daha ehtiyatlı davranmağı tələb edir.

Entoni Blinken İsrailə səfərindən sonra BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə gedəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button