ABŞ-ın Ermənistan planı: “Tezliklə” mesajı ilə açıqlandı

Ermənistan tezliklə iki dönməz nöqtəni birdən keçə bilər, bundan sonra ölkədə subyektivlik, hətta dövlətçilik də olmayacaq. Nikol Paşinyanın sözlərinə görə, birinci məqam artıq keçib. Söhbət İrəvanın qayıtmaq niyyətində olmadığı KTMT-yə üzvlükdən gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Reqnum” agentliyi yazır.

Agentliyə danışan erməni politoloq Hayk Xalatyan bildirib ki, KTMT-dən çıxmaq qərarı artıq verilib:

“Yeganə sual bunu necə rəsmiləşdirməkdir. İrəvan bütün bunların KTMT-yə üzv olan digər ölkələrin əli və iradəsi ilə qeydə alınmasını istəyir. Ermənistan hakimiyyəti bunun üçün hər şeyi edir. Məslələn, təşkilata ödəniş etməkdən imtina edirlər”.

Xalatyan vurğulayıb ki, KTMT-dən uzaqlaşan İrəvan Qərbə yaxınlaşır:

“Arzu edilərsə, ABŞ və Fransa Ermənistana kifayət qədər ciddi yardım göstərə bilər. İndi İrəvan Qərblə müvafiq danışıqlar aparır, sonuncu mərhələsi Parisdə baş tutub, Ermənistan baş naziri orada Fransa və ABŞ prezidentləri Emmanuel Makron və Donald Trampla görüşüb”.

Politoloq əlavə edib ki. Ermənistan bu fonda Avropa İttifaqı (Aİ) ilə mümkün qədər dərindən inteqrasiyaya hazır olduğunu göstərir:

“KTMT-dən çıxmaq Qərblə əməkdaşlığın aktivləşməsinə gətirib çıxaracaq. Bəli, təkcə Rusiya yox, İrana görə də dərhal NATO-ya üzvlük ərizəsindən danışılmayacaq. Amma ümumilikdə hərəkət bu istiqamətdə olacaq”.

İranın durumu ilə bağlı “Reqnum” yazır ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Tehran üçün ağır zərbə idi:

“İranın Suriyada məğlubiyyəti Tehranın imicinə ciddi zərbə vurdu. Ölkənin təsir dairəsi kəskin şəkildə azalıb ki, bu da lider Əli Xameneyinin gedişindən sonra gözlənilən təlatümlə yanaşı, ciddi daxili qeyri-sabitliyə, hətta çevriliş cəhdlərinə də səbəb ola bilər. Bu vəziyyətdə ABŞ Tehrandan beş yüz kilometr aralıda (Cənubi Qafqaz) baza əldə etməlidir”.

Rusiya agentliyi bu baxımdan Azərbaycan və Gürcüstanı istisna edərək, Ermənistanı ön plana çıxarır:

“Qərb üçün Ermənistan müttəfiq yox, tramplindir. ABŞ və Fransa nə deyirlər-desinlər, Ankara ilə münasibətləri korlamaq fikrində deyillər. Məsələ ondadır ki, Qərb Türkiyənin Cənubi Qafqazda mövqelərinin güclənməsini fəal şəkildə dəstəkləyir. Qərb hesab edir ki, bu, ABŞ-ın iki əsas rəqibi olan Rusiya və İranın zəifləməsi və regiondan çıxarılmasına gətirib çıxarır”.

“Reqnum”a görə, ABŞ və ya Qərbin Ermənistana olan marağı situativ xarakter daşıyır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button