ABŞ-ın Men ştatının senatoru: Azərbaycanlılarla fəxr etmək lazımdır

Azərbaycanın bərpa olunan kəndlərində tətbiq edilən yaşıl ekoloji infrastruktur məni sevindirdi. Bu ərazilərdə yeni texnologiyaların tətbiqi, Günəş enerjisindən istifadə, yaşıl zonaların yaradılması yüksək qiymətləndirilməlidir.

Polise.az  xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan ABŞ-ın Men ştatının senatoru Cill Dyuson mayın 24-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.

Müharibə zamanı dağıdılan evləri gördükdə çox məyus olduğunu söyləyən Cill Dyuson əlavə edib: “Otuz il ərzində evlərindən didərgin düşmüş insanlar üçün hökumət əlindən gələni etdi. Onların qorxuları və duyğuları məni çox dərin düşüncələrə aparırdı. Bununla yanaşı, onların evlərinə qayıtmaq sevincini hiss etdim. Vurğulamaq istədiyim başqa bir şey infrastrukturdur. Çəkiləcək yolları xüsusilə qeyd etmək istərdim. Hökumət o yerlərin infrastrukturunu yenidən qurmaq üçün çox işlər görür. Səfər zamanı gördüyümüz bütün insanlarla bağlı fikirlərim formalaşdı: “Həqiqətən azərbaycanlılarla fəxr etmək lazımdır”. Son bir neçə gündə o əraziləri gəzdik. İnsanların evlərinə təhlükəsiz qayıda bilməsi üçün “ağıllı kənd” yaratmaq istiqamətində möhtəşəm işlər görülüb”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button