ABŞ-ın NATO-dakı səfiri: Qarabağ məsələsi Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ məsələsinin Azərbaycanın sərhədləri və suverenliyi çərçivəsində həll edilməli olduğunu bəyan edib.

Bu barədə məlumat  “Vestik Kavkaza” portalında yayılıb.

“Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ABŞ və Rusiyanın etdiklərini, yəni Dağlıq Qarabağdakı qarşıdurmanı dayandırmağa çalışır”, deyə Key Beyli Hatçison vurğulayıb.

K.B. Hatçison problemin otuz ildir ki, irinlədiyini qeyd edib.

“ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu münaqişəni ilkin mərhələyə, yəni Azərbaycanın suveren sərhədləri çərçivəsində nə qaytarmaq istəyir”, deyə ABŞ-ın NATO-dakı səfiri söyləyib.

ABŞ-ın NATO-dakı səfirinin sözlərinə görə, bu zaman problem həll edilə bilər və münaqişə sona çatacaq.

“Hər iki tərəflə şiddəti və qətlləri dayandırmağın yollarını müzakirə etməyə çağırırıq”, – deyə o, bildirib.

“Bu məsələ hərbi münaqişə ilə həll edilə bilməz, sərhədlər və suverenlik daxilində həll edilməlidir. Bu, bizim cəhd etdiyimiz məqamdır, Rusiya da Fransa ilə eyni məsələdə israr edir”, – ABŞ-ın NATO-dakı səfiri fikrini tamamlayıb.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button