ABŞ-ın Putini devirmə planı – Özdəmir
Hadisələr göstərir ki, ABŞ bir neçə səbəbə görə Ukrayna ətrafında gərginliyi artırmalıdır. Birincisi, Rusiyanın imperialist mübarizəsində güclü oyunçu kimi iştirakının qarşısını almaq, ikincisi, hərbi və iqtisadi baxımdan ona güclü zərbə vuraraq, mümkün müharibə vasitəsilə Rusiyanı zəiflətmək üçün…
Axar.az xəbər verir ki, bu barədə “Evrensel” qəzetinin yazarı Yücel Özdəmir öz məqaləsində qeyd edib.
O bildirib ki, ABŞ Rusiyanın təsiri altında olan regionları və ölkələri tam nəzarətə götürüb, onları NATO-ya daxil etməklə də Rusiyanı zəiflədə bilər.
Özdəmir qeyd edib ki, ABŞ Rusiyanı iqtisadi-siyasi baxımdan 3 vasitə ilə zəiflədə bilər:
1. Müharibə vəziyyətində sərt sanksiyaların köməyi ilə Rusiyanın Almaniya da daxil olmaqla, digər ölkələrlə ticarət əlaqələrinə zərbə vurmaqla;
2. NATO-da nizam-intizamı təmin edib, ABŞ liderliyini gücləndirib, Rusiyaya meyilli ölkələri (Türkiyə, Macarıstan…) cilovlamaqla;
3. Sanksiya təzyiqi fonunda ruslar arasında hakimiyyət dəyişikliyi ideyasını yayaraq, Putin rejimini devirmək və əvəzində qərbyönlü rejim qurmaqla.