ABŞ-ın Türkiyə üzərindəki üç hədəfi – Güllər

ABŞ-Türkiyə münasibətləri baxımından Vaşinqtonun üç hədəfi var.

Bu barədə Türkiyənin “Cümhuriyyət” qəzetinin yazarı Mehmet Əli Güllər “ABŞ-ın Türkiyə siyasəti və üç hədəfi” adlı məqaləsində bildirib.

“Birincisi, ABŞ Türkiyə-Rusiya əməkdaşlığının inkişafına, ikincisi, Türkiyə-Rusiya-İran Astana platformasının institutlaşmasına, üçüncüsü isə Türkiyə və Suriyanın normallaşmasına mane olmağa çalışır.

ABŞ üçün Türkiyə-Rusiya əməkdaşlığının inkişafı Ukrayna və Qara dəniz strategiyasının, Türkiyə-Rusiya-İran əməkdaşlığının institutlaşması Yaxın Şərq, Qafqaz və Orta Asiya planlarının, Türkiyə-Suriya münasibətlərinin normallaşması da PYD dövlət hədəfinin qarşısındakı kritik maneələrdir.

Buna görə də ABŞ bu üç münasibəti pozmağa yönəlmiş siyasi təxribat həyata keçirir”, – məqalədə bildirilib.

Hamısını Göstər

Related Articles

Back to top button