ABŞ-ın Yerevandakı səfiri Kəlbəcər istiqamətinə gəldi

ABŞ-ın Yerevandakı səfiri Linn Treysi bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin son günlər intensiv atışmaların baş verdiyi Kəlbəcər rayonu istiqamətinə-Geqarkunik vilayətinə səfər edib.  Və dövlət sərhədi boyu Azərbaycan ordusunun mövqelərinin müşahidəsini aparıb, diplomatı ABŞ səfirliyinin hərbi attaşesi və Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri müşaiyət edib.

Digər məlumata görə, Ermənistan müdafiə nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Arşak Karapetyan Rusiyanın müdafiə naziri Sergey Şoyquya zəng vurub. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən tərəflər “regional təhlükəsizliyi və qarşılıqlı maraq doğuran məsələləri” müzakirə ediblər.

Xatırladaq ki, son günlər Ermənistan tərəfi dövlət sərhədinin Naxçıvan və Kəlbəcər istiqamətlərində tez-tez təxribatlara əl ataraq Azərbaycan ordusunun mövqelərini atəşə tutur. Düşmənə qarşı Azərbaycan ordusu tərəfindən cavab tədbirləri görülür.

Hamısını Göstər

Related Articles

Back to top button