ABŞ İrana qarşı əməliyyatlara qoşulur? – Netanyahudan Xameneiyə ölüm mesajı

İsrail Baş naziri Benyamin Netanyahu İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsini istisna etmir.
Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
İsrail ordusunun davam edən əməliyyatları çərçivəsində İranın ali rəhbərinin aradan götürülüb-götürülməyəcəyi ilə bağlı suala baş nazir belə cavab verib:
“Bütün variantlar açıqdır, amma bu barədə mediada danışmamaq daha yaxşıdır”.
Netanyahu İranda Xamenei hökumətinin mümkün devrilməsi ilə bağlı əlavə edib:
“Kir 2500 il öncə yəhudi xalqını azad etdi, indi yəhudi xalqı fars xalqının azad olunmasına kömək edir”.
İsrail hökumətinin başçısı ABŞ-nin İrana qarşı əməliyyatlara qoşulması ehtimalına da toxunub: “Bu, Trampdan asılıdır, o, oyunu bilir”.
Polise.az