ABŞ İrana uran tədarükü üçün pul ödəməyəcək

ABŞ prezidenti Donald Tramp Tehranın yüksək dərəcədə zənginləşdirilmiş bütün uranı Vaşinqtona təhvil verəcəyini və ABŞ-nin bunun üçün İrana pul ödəməyəcəyini açıqlayıb.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, Amerika lideri özünün “Truth Social” səhifəsində İranla razılaşmanın Livanla heç bir əlaqəsinin olmadığını yazıb:

“B-2 bombardmançı təyyarələrimizin yaratdığı bütün nüvə tozunu alacağıq. Heç bir şəkildə vəsait köçürülməyəcək. Biz razılığa gələcəyik. İranla sakit, tələsmədən işləyəcək, ağır texnikadan istifadə edərək qazıntı işlərinə başlayacağıq. Biz onu ABŞ-a gətirəcəyik”, – deyə Tramp qeyd edib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button