ABŞ İrana vaxt verdi

ABŞ rəhbərliyi İrana danışıqlar masasına qayıtmaq üçün bir neçə gün vaxt vermək niyyətindədir.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton Tehranın diplomatik prosesə qoşulması üçün müəyyən müddət tanıyıb. Bildirilib ki, əgər İran tərəfi yaxın günlərdə danışıqlara başlamasa, tərəflər arasında hərbi əməliyyatların bərpa olunması qaçılmaz ola bilər.

Qeyd edilib ki, ABŞ-nin bu addımı Tehrana son xəbərdarlıq xarakteri daşıyır.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button