ABŞ İranı hədələdi

İran nüvə silahı əldə etmək istəyindən əl çəkməlidir, əks halda bu, müharibəyə səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “CBS News”-a müsahibəsində deyib.
O bildirib: “Əgər siz uranı istənilən səviyyədə zənginləşdirə bilirsinizsə, demək, onu çox tez silah səviyyəsinə qədər təkmilləşdirə bilərsiniz. İran heç vaxt nüvə silahı əldə etməməlidir”.
Dövlət Departamentinin rəhbəri həmçinin Tehranı məsələnin hərbi əməliyyatlara səbəb ola biləcəyi ilə hədələyib. Lakin o əmin edib ki, ABŞ Prezidenti Donald Tramp məsələni sülh yolu ilə həll etmək istəyir: “Ağ Evin rəhbəri İranı təkcə qeyri-nüvə dövləti kimi deyil, həm də “zəngin, dinc və firavan ölkə” kimi görmək istəyir”.
Polise.az