ABŞ kəşfiyyatının rəhbəri Ukraynada səfərdədir

Vilyam Börns ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsində son dəfə Ukraynaya səfər edib.

“Polise.az” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib.

Dövlət başçısı müharibə dövründə Börnslə çoxsaylı görüşlər keçirdiyini qeyd edib. Zelenski göstərilən yardıma görə təşəkkürünü bildirib.

Prezident adətən belə görüşlər barədə ictimaiyyətə məlumat verilmədiyi və onların Ukrayna, Avropa, ABŞ və dünyanın digər yerlərində keçirilən bütün görüşləri rəsmi məlumatlandırma olmadan baş tutduğunu qeyd edib.

“Lakin indi son səfərdən sonra açıq danışmaq lazımdır”, – Zelenski vurğulayıb. O, Börns və ailəsinə “ən xoş arzularını” çatdırıb.

“Sirləri açmırıq, amma əlaqəni qoruyub saxlayırıq. Yəqin ki, yenə görüşəcəyik və mütləq bu müharibənin birlikdə çalışdığımız real, etibarlı sülhlə başa çatdığını görəcəyik”, – ölkə başçısı vurğulayıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button