ABŞ Konqresi prezidentin ölkəni NATO-dan çıxarmaq imkanını məhdudlaşdırıb

ABŞ Konqresi prezidentə qanunvericilərin razılığı olmadan ölkəni Şimali Atlantika Alyansından çıxarmağı qadağan edib.

Polise.az  xəbər verir ki, müvafiq bənd Konqresin hər iki palatası tərəfindən təsdiqlənən 2024-cü maliyyə ili üçün Milli Müdafiə Səlahiyyətləri Aktında yer alıb.

“Bundan sonra prezident ABŞ-ın NATO-da iştirakını dayandıra, müqaviləni denonsasiya edə və ya 1949-cu il aprelin 4-də Vaşinqtonda imzalanan Şimali Atlantika Müqaviləsindən çıxara bilməz. Bunun üçün senatorların üçdə ikisinin dəstəyi və ya Konqresin təsdiqi lazımdır”, – deyə sənəddə bildirilir.

Bir müddət öncə “The New York Times” qəzeti 2024-cü ildə keçiriləcək seçkilərdə ABŞ-ın sabiq prezidenti Donald Trampın qələbəsinin ölkənin NATO-dan çıxması ilə nəticələnə biləcəyini yazıb. Belə ki, Birləşmiş Ştatların sabiq lideri ABŞ-ı Şimali Atlantika Alyansından çıxarmaq və Rusiya ilə saziş imzalamaq istəyini dəfələrlə bəyan edib.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında baş tutacaq. Həm Cozef Bayden, həm də Donald Tramp dövlət başçısı seçilmək üçün mübarizə aparacaq.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button