ABŞ konqresmeni: Putin əlavə vaxta layiq deyil

“Vladimir Putin əlavə vaxta layiq deyil, ona görə də bu məqamdan istifadə etməyə və sanksiyalar haqqında qanun layihəsinin qəbulunu sürətləndirməyə dəyər”.

Teleqraf xəbər verir ki, bunu ABŞ konqresmeni Riçard Blumental deyib.

“Vladimir Putin əlavə vaxta layiq deyil və biz sanksiyalar haqqında qanun layihəsinin səsverməsini sürətləndirməliyik. Prezidentin (Donald Tramp) etdiyi hər şey düzgün istiqamətdədir, amma mən qəti şəkildə sanksiyaların 100 yox, 500 faiz olmasının tərəfdarıyam”, – Blumental bildirib.

Konqresmen əlavə edib ki, sanksiya qanun layihəsi müharibəni dayandırmağa kömək edəcək və Putin bunu başa düşməlidir.

Xatırladaq ki, Prezident Donald Tramp bundan əvvəl Ukrayna ilə sülh razılaşmasının əldə edilməsi üçün Vladimir Putinə 10 gün vaxt verdiyini açıqlamışdı.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button