ABŞ Kuba məsələsi ilə məşğul olmağı planlaşdırır-Tramp

ABŞ Prezidenti Donald Tramp Vaşinqton administrasiyasının Kuba ilə bağlı məsələyə diqqət ayıracağını açıqlayıb.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, Tramp bu barədə “Full Measure” proqramına müsahibəsində danışıb.

Amerika lideri Kubanın uzun illərdir tənəzzül vəziyyətində olduğunu bildirib.

“Bu ölkə artıq illərdir geriləmə yaşayır. Bir məsələni həll etməzdən əvvəl digərini başa çatdıracağıq”, – deyə Tramp qeyd edib.

ABŞ rəhbərliyinin Kuba hakimiyyəti ilə əlaqə saxlayıb-saxlamadığı barədə suala cavab verən Tramp bu işlə ABŞ dövlət katibi Marko Rubionun məşğul olduğunu bildirib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button