ABŞ kürdləri nəyə hazırlaşdırır? – Plan açıqlandı

İran rəhbərliyinə qarşı çıxan kürd qrupları ABŞ-dən kürdlərin yaşadığı şimal-qərb bölgələrində uçuşa qadağa zonası tətbiq etməsini istəyiblər.

Polise.az  xəbər verir ki, bu barədə “Al Monitor” ABŞ və kürd mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, ABŞ rəsmiləri İraq və İran kürdləri ilə görüşlər keçiriblər. Onlar Vaşinqtonun kürd silahlı dəstələrinə İran hökumətinə qarşı mübarizədə kömək etmək təklifini çatdırıblar. Xüsusilə, ABŞ ordusu yerli silahlı qruplara daha çox hərəkət azadlığı vermək üçün kürdlərin İranda yaşadıqları bölgələrdəki hərbi hədəflərə zərbələri artırıb.

ABŞ hələlik potensial üsyan halında hökumətin zərbələrindən qorunmaq üçün uçuşa qadağa zonası tətbiq etmək ehtimalı ilə bağlı kürdlərin liderlərinə cavab verməyib. Qeyd olunub ki, İraq və İrandakı kürd dəstələri də hələlik İran rejiminə qarşı savaşa başlamaq qərarına gəlməyiblər. Xüsusilə, İraq kürdləri Tehranın Şimali İraq Kürd Muxtariyyətinə cavab zərbələrindən ehtiyat edirlər.

“The Wall Street Journal” bundan əvvəl Ağ Evin kürdlər də daxil olmaqla İrandakı müxalif qüvvələri dəstəkləməyi nəzərdən keçirdiyini yazmışdı. ABŞ Prezidenti Donald Tramp martın 1-də İraq-İran sərhədi boyunca yerləşən kürd silahlı birləşmələrinin liderləri ilə telefon danışığı aparmışdı.

Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button