ABŞ-la Çin arasındakı münasibətlərdə qarşıdurma güclənir

ABŞ Dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində Pekinlə Vaşinqtonun münasibətlərində qarşıdurmanın gücləndiyini bəyan edib.

Ölkənin baş diplomatı ikitərəfli münasibətlərdə əməkdaşlığın mövcudluğunu da bildirib.

Qeyd edək ki, ABŞ və müttəfiqləri son zamanlar daha fəal şəkildə Çini Uyğurların hüquqlarını pozmaqda ittiham edir. Qərb dövlətləri, xüsusilə də Kanada, Britaniya, Avropa İttifaqı və ABŞ şərq ölkəsinə qarşı məsələ ilə bağlı sanksiyalar da tətbiq edib.

Bugünlərdə Çin qeyd olunan dövlətlərə qarşı cavab sanksiyalarını açıqlayıb. Sanksiyalar həm hüquqi, həm də fikizi şəxslərə şamil olunub.

Hamısını Göstər

Related Articles

Back to top button