ABŞ məmurlarını öldürmək üçün İranla əməkdaşlıq etmiş pakistanlı həbs olunub

Pakistanın 46 yaşlı vətəndaşı ABŞ məmurlarını qətlə yetirmək məqsədi ilə İran hakimiyyəti ilə əməkdaşlıq etməkdə ittiham olunur.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi bu barədə ittiham irəli sürüb.

Məlumata görə, Asif Merçant adlı Pakistan vətəndaşı ABŞ-nin dövlət məmurlarını qətlə yetirmək və başqa planlarda iştirak edib.

O, izahatında bildirib ki, Donald Trampın ABŞ-yə prezidentliyi dövründə İran İnqilab Keşikçiləri Qvardiyası “Qüds” qoşununun komandanı öldürülüb. Pakistanlı bildirib ki, onun qisasını almaq üçün Trampı öldürmək istəyib.

ABŞ Prokurorluğunun məlumatına əsasən, Asif Merçant Pakistandan ABŞ-yə getməzdən qabaq bir müddət İranda yaşayıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir Con Boltonun qətlə yetirilməsi niyyəti ilə bağlı xəbərlər yayılmışdı.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button